Ərdoğandan Trampa: “Özün çalıb, özün oynayarsan”

Ərdoğandan Trampa: “Özün çalıb, özün oynayarsan”
# 11 dekabr 2017 11:11 (UTC +04:00)

“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi elan etməsi qərarını tanımırıq, tanımayacayıq da”.

APA-nın “Haber7”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Dünya İnsan Hüquqları Günü”nə həsr edilmiş tədbirdə deyib.

R.T.Ərdoğan deyib ki, bu gün özünü Qüdsün sahibi sananlar sabah arxasında gizlənmək üçün ağac belə tapa bilməyəcəklərini bilməlidirlər.

Ərdoğan bildirib ki, hegemon müstəqil Fələstin dövləti qurulana qədər bu mübarizə bitməyəcək: “Fələstin, Qüds məsələsində məzlumun yanında yer almayan heç kimin insan haqları, sülh haqqında deyəcək bir sözü ola bilməz. Çərşənbə günü baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında bu məsələ ilə bağlı bir dönüş nöqtəsinin olacağına ümid edirəm”.

Qeyd edək ki, R.T. Ərdoğan prezident İlham Əliyevi də İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR