Bolqarıstanda hərbi zavodda partlayış baş verib, ölən və yaralanan var

Bolqarıstanda hərbi zavodda partlayış baş verib, ölən və yaralanan var
# 15 mart 2018 00:17 (UTC +04:00)

Bolqarıstanın Kazanlık şəhərində müdafiə sənayesi zavodunda baş vermiş partlayış və yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i xəsarət alıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstanın daxili işlər naziri Valentin Radev bildirib.

Onun sözlərinə görə, insidentə barıt maddələrinin təsadüfən alovlanması səbəb olub. “Hazırda zavodda partlayışdan sonra əmələ gələn yanğın söndürülüb, araşdırma aparılır”, deyə nazir vurğulayıb.

Qeyd edək ki, Kazanlık şəhəri paytaxt Sofiyadan 200 km şərqdə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR