BMT baş katibi İsrail-Fələstin münaqişəsinin nizamlanmasının əsas həll yolunu açıqlayıb

BMT baş katibi İsrail-Fələstin münaqişəsinin nizamlanmasının əsas həll yolunu açıqlayıb
# 29 avqust 2017 20:10 (UTC +04:00)

BMT baş katibi Antoniu Quterriş İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün əsas şərti açıqlayıb. Onun sözlərinə görə, “iki xalq üçün iki dövlət” şərti münaqişənin nizamlanması üçün alternativi olmayan əsas prinsipdir.

“Sülh və təhlükəsizlik şəraitdə yanaşı yaşayacaq iki dövlət prinsipinin reallaşdırılması sülh prosesində irəliləyişə nail olmaq üçün yeganə yoldur”, - deyə Antoniu Quterriş Rəmallah şəhərində Fələstinin baş naziri Pami Həmdulla ilə danışıqlardan sonra bildirib.

BMT baş katibi ötən gün İsrailin prezidenti, baş naziri və müdafiə naziri ilə görüşüb.

Avqustun 30-da Antoniu Quterriş Qəzza zolağına səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR