Bu ilin 7 ayında Naxçıvanda Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına 20 müəssisə yaradılıb

Bu ilin 7 ayında Naxçıvanda Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına 20 müəssisə yaradılıb
# 17 avqust 2015 07:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 17 istehsal müəssisəsi, 3 xidmət sahəsi olmaqla, ümumilikdə, 20 sahənin yaradılması istiqamətində işlər başa çatdırılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ümumilikdə, 20 istehsal və xidmət sahəsində 97 yeni iş yeri açılıb.

Məlumata əsasən, bu ilin 7 ayı ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına 31 müxtəlif təyinatlı istehsal müəssisəsi, 6 müxtəlif növ xidmət sahəsi, ümumilikdə, 37 sahənin yaradılması istiqamətində işlər davam etdirilib.

Ümumilikdə, 2015-ci ilin yanvar-iyul ayları ərzində 22 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 8 mln. 728 min 200 manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR