Bu ay Azərbaycanda 10 ali məktəbin 30 tələbəsinə təhsil haqqı krediti verilib

Bu ay Azərbaycanda 10 ali məktəbin 30 tələbəsinə təhsil haqqı krediti verilib
# 28 mart 2017 10:28 (UTC +04:00)

Mart ayında Azərbaycanda ali məktəblərin bakalavr pilləsində oxuyan 30 tələbəyə təhsil haqqı kreditləri verilib. “Maarifçi” Tələbə Kredit Fondunun (MTKF) icraçı direktoru Rüfət Mahmud APA-ya açıqlamasında bildirib ki, 1 fevral - 15 mart tarixlərində fond tərəfindən növbəti-III elan sessiyası həyata keçirilib. Onun sözlərinə görə, bu müddət ərzində ölkənin 11 ali məktəbindən 36 tələbə müraciət edib: “Nəticədə şərtlərə uyğun hesab edilən 10 ali məktəbin 30 tələbəsi ilə kredit müqaviləsi bağlanıb. Onlardan 6-sı Azərbaycan Dövlət İqtisad Universiteti, 5-i Azərbaycan Dövlət Pedaqoji Universiteti, 5-i Bakı Dövlət Universiteti, 4-ü Azərbaycan Memarlıq və İnşaat Universiteti, 3-ü Azərbaycan Texniki Universiteti, 2-si Azərbaycan Dillər Universiteti, 2-si Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 1-i Sumqayıt Dövlət Universiteti, 1-i Xəzər Universiteti, 1-i isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir”.

Bu gün fondun vəsatlərinin çox məhdud olduğunu deyən icraçı director hazırda yalnız bir təhsil kreditinin verilir-bakalavrın təhsil haqlarınin ödənildiyini deyib. Onun sözlərinə görə, əsas məqsəd gələcəkdə vəsaitin çox olduğu halda tələbələrə daha geniş formada yardım edə bilməkdir. Fondun rəsmisi bildirib ki, gələcəkdə magistratura pilləsində oxuyan tələbələrin təhsil haqlarının ödənilməsi, yaşayış xərclərin ödənilməsi üçün böyük vəsaitlərin ayrılması mümkün ola bilər.

R.Mahmud əlavə edib ki, hazırda fond özəl qurumlardan da vəsaitlər cəlb etməyə çalışır. Bu gün fondun yalnız universitetlərin qərarı ilə fəaliyyət göstərdiyini deyən icraçı direktor vurğulayıb ki, artıq bu prosesə özəl qurumlar da cəlb edilir. Onun sözlərinə görə, əsas məqsəd təhsil kreditlərinin dövlət vəsaiti hesabına yox, özəl vəsait hesabına həyata keçirilməsidir.

Qeyd edək ki, bu günə kimi ölkənin 14 ali təhsil müəssisəsinin 133 tələbəsinə təhsil haqqı kreditləri verilib. Təhsil haqqi krediti valideynlərinin illik gəliri 10,000 AZN və ya daha az, yaşı 25 və daha az, ali məktəbin II, III və IV kursunda əyanı təhsil alan, ümumi orta müvəffəqiyyət göstəricisi 71 və ya daha yuxarı olan tələbələrə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR