Rusiya və Türkiyə xarici işlər nazirləri Suriya böhranını müzakirə edib

Rusiya və Türkiyə xarici işlər nazirləri Suriya böhranını müzakirə edib
# 28 yanvar 2018 08:42 (UTC +04:00)

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya və Türkiyə xarici işlər nazirləri Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresi ilə bağlı müzakirə aparıblar.

Suriya Milli Dialoq Konqresinin 29-30 yanvar tarixlərində Rusiyanln Soçi şəhərində Suriya hökuməti və müxalif qüvvələrin təmsilçiləri arasında keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR