Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin subsidiyalar üzrə xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1% və ya 85,8 mln. manat artaraq 587,3 mln. manat icra edilib.
"APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.
Subsidiyalar üzrə xərclər proqnoza nisbətən 16,1% və ya 112,7 mln. manat az icra edilərək illik proqnozun 35,5%-ni təşkil edib.
Cari ilin yanvar-iyun aylarında subsidiyalar üzrə xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar, mart, may və iyun aylarında çox, fevral və aprel ayında az icra edilib.