Bank Of Baku

Dövlət büdcəsinin subsidiyalar üzrə xərcləri 17% artıb

Dövlət büdcəsinin subsidiyalar üzrə xərcləri 17% artıb
# 10 avqust 2021 16:28 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin subsidiyalar üzrə xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1% və ya 85,8 mln. manat artaraq 587,3 mln. manat icra edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.

Subsidiyalar üzrə xərclər proqnoza nisbətən 16,1% və ya 112,7 mln. manat az icra edilərək illik proqnozun 35,5%-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında subsidiyalar üzrə xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar, mart, may və iyun aylarında çox, fevral və aprel ayında az icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR