Mikromaliyyə Assosiasiyası BOKT-larla bağlı Sahibkarlar Konfederasiyasına müraciət edib

Mikromaliyyə Assosiasiyası BOKT-larla bağlı Sahibkarlar Konfederasiyasına müraciət edib
# 29 yanvar 2018 12:19 (UTC +04:00)

"Azərbaycan Mikromaliyyə Assosiasiyasının bank olmayan kredit təşkilatlarının (BOKT) İpoteka və Kredit Zəmanət Fonduna çıxış əldə edə bilməsi üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına müraciət edib".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib.

"İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı fərman imzalanıb. İlkin olaraq bilirsiniz ki, müvəkkil banklar üçün nəzərdə tutulub. Biz bu məsələyə təkrar baxılması üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına müraciət etmişik. Çünki, Azərbaycan prezidenti İlham Əliyev də xüsusi vurğulayıb ki, regionların inkişafı, kənd təsərrüfatının inkişafı üçün sahibkarlığa dəstək artırılmalıdır. Biz inanırıq ki, bank olmayan kredit təşkilatlarının kredit portfelinin 80%-i bölgələrin payına düşdüyü üçün Kredit Zəmanət Fonduna BOKT-ların da çıxışı çox vacibdir", - deyə Jalə Hacıyeva vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR