Dani Kintana: “Qarabağ” bu vaxta qədər oynadığım ən ciddi klubdu”

Dani Kintana: “Qarabağ” bu vaxta qədər oynadığım ən ciddi klubdu”
# 18 oktyabr 2017 09:45 (UTC +04:00)

“Bakı modern şəhərdi. Burda hər cür şərait var”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana deyib.

İspaniyalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Atletiko” ilə keçiriləcək matçdan öncə ölkəsinin mətbuatına açıqlama verib.

Təcrübəli futbolçu paytaxtımız haqda müsbət fikirlər səsləndirib. O, “Qarabağ”a keçidini də yada salıb: “Bakıda “El Portalon”, yəni ispan yeməklərinin hazırlandığı restoran var. Burda yaşamaq mənim üçün rahatdı. Əslində, “Əl-Əhli”yə keçməmişdən əvvəl də “Qarabağ” xidmətimdə maraqlı idi. Amma həmin vaxt Səudiyyə Ərəbistanına yollanmağı üstün tutmuşdum. Lakin orda adaptasiya üçün lazımi qədər vaxtım olmadı. FİFA-nın qaydalarına əsasən, “Qarabağ”a keçsəm belə, bir müddət oynaya bilməyəcəkdim. Lakin bu, baş məşqçi və klub üçün önəmli deyildi. Onlar mənimlə müqavilə imzaladılar və dedilər ki, qarşıdakı 6 ay həm komandaya, həm də ölkəyə tam uyğunlaşmağıma kömək edəcək. “Qarabağ” bu vaxta qədər oynadığım ən ciddi klubdu”.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2015-ci ildən “Qarabağ”ın üzvüdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR