Suriyada iki partlayış nəticəsində 26 nəfər ölüb, 50 nəfər yaralanıb

Suriyada iki partlayış nəticəsində 26 nəfər ölüb, 50 nəfər yaralanıb
# 05 sentyabr 2015 01:46 (UTC +04:00)

Bakı-APA. Suriyanın Suvayda şəhərində iki minalanmış avtomobilin partladılması nəticəsində 26 nəfər ölüb, 50 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqları Rəsədxanası məlumat yayıb.

Məlumata əsasən, partlayış zamanı həm Suriya hökuməti, həm də terror qruplaşmaların qarşı çıxış edən druzların (etnik azlıq) lideri şeyx Vahid Əl-Balus həlak olub.

Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR