Hərbi həkim işi ixtisası üzrə boş qalan yerlərə müsabiqə elan olunub

Hərbi həkim işi ixtisası üzrə boş qalan yerlərə müsabiqə elan olunub
# 30 iyul 2015 11:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Tibb Universitetinin Hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalmış (hərbi həkim işi ixtisası üzrə) 20 yerə qəbul həyata keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Hərbi həkim komissiyasından keçmək üçün iyul ayının 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 9:00-dan 17:00-dək müraciət etməlidirlər.

Qeydiyyat Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR