Ağdaşda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Ağdaşda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
# 30 mart 2018 10:07 (UTC +04:00)

Ağdaş rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaradeyin kəndində qeydə alınıb. 2016-cı il təvəllüdlü Mahmudova Nazikə Coşqun qızı yaşadığı evin pilləkənindən yıxılaraq ağır bədən xəsarətləri alıb.

Boyun sınığı xəsarəti alan uşaq Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR