Azərbaycan neft məhsulları ixracından gəlirlərini 2,3 dəfə artırıb

Azərbaycan neft məhsulları ixracından gəlirlərini 2,3 dəfə artırıb
# 09 mart 2018 10:25 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 107 mln. 007,39 min ABŞ dolları dəyərində 217 min 283,80 ton neft məhsulları ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 99 min 320,79 ton və ya 84,20% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 60 mln. 675,67 min dollar və ya 2,31 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 46 mln. 331,72 min dollar dəyərində 117 min 963,01 ton neft məhsulu ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 4,84%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR