Lənkəranda qəzada iki nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda qəzada iki nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 25 mart 2018 17:17 (UTC +04:00)

Bu gün Lənkəran rayonunda baş verən qəzada iki nəfər xəsarət alıb.

APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Girdəni kəndində körpü üzərində "QAZ 31" markalı minik maşınının sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirməyib və avtomobili eyni istiqamətdə hərəkətdə olan "Prado" markalı minik maşınına vurub.

Nəticədə "QAZ 31" markalı avtomobildə olan 1971-ci il təvəllüdlü Girdəni kənd sakini Şöhrət Paşa oğlu Qurbanov və Havzava kənd sakini 1964-cü il təvəllüdlü Lalə Mirzağa qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 18.21

Bu gün Lənkəran rayonunda yol qəzası baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, qəza Girdəni kəndində körpü üzərində qeydə alınıb.

"Prado" markalı avtomobil hərəkətdə olarkən digər bir minik maşını arxadan ona çırpılıb. Qəza nəticəsində xəsarət alanlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR