Bakıda ticarət mərkəzindən 100 qr qızıl oğurlayan şəxs tutulub

Bakıda ticarət mərkəzindən 100 qr qızıl oğurlayan şəxs tutulub
# 24 yanvar 2017 09:03 (UTC +04:00)

Bakıda ticarət mərkəzindən qızıl oğurlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 21-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Məzahim Məsimova məxsus emalatxanadan 100 qram qızıl oğurlanıb.

Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Urşan Zeynalov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR