Gəncədə qaynar su 1 yaşlı uşağın üstünə tökülüb

Gəncədə qaynar su 1 yaşlı uşağın üstünə tökülüb
# 04 dekabr 2014 14:45 (UTC +04:00)

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Natəvan qəsəbə sakini, 2013-cü il təvəllüdlü Fətəliyev Kənan Rahil oğlu döş qəfəsinin texniki yanığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Araşdırma zamanı məlum olub ki, 1 yaşlı Kənan stolun üstündə olan qaynar su ilə dolu termosu üstünə aşırıb və yanıq xəsarəti alıb.

Həkimlər körpənin vəziyyətinin orta ağır qiymətləndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR