Moskvada təyyarənin qəzaya uğraması nəticəsində Fransanın “Total” neft şirkətinin prezidenti ölüb

Moskvada təyyarənin qəzaya uğraması nəticəsində Fransanın “Total” neft şirkətinin prezidenti ölüb
# 21 oktyabr 2014 02:17 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

“Bu gecə “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Təyyarədə olan 3 ekipaj üzvü və sərnişin ölüb. Mən sərnişinin “Total” şirkətinin rəhbəri Kristof de Marjeri olduğunu təsdiqləyirəm”, deyə “Vnukovo” aeroportunun nümayəndəsi Yelena Krılova bildirib.

Aeroportun fəaliyyəti artıq bərpa olunub.

Təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb.

**** 02.47

Bakı-APA. Moskvanın “Vnukovo” aeroportunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3-ü ekipaj üzvü olmaqla 4 nəfər ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub.

"İtar-Tass" isə hadisə nəticəsində 5 nəfərin öldüyünü qeyd edir. Agentliyin məlumatına görə, qəza nəticəsində qartəmizləyən maşının sürücü də ölüb.

İlkin məlumata görə, təyyarə “Vnukovo-3” aeroportundan Parisə uçmağa hazırlaşırmış. Təyyarə Fransada qeydiyyatda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR