BSU-nun balansındakı yataqxanalarda yaşayan məcburi köçkünlər köçürüləcək

BSU-nun balansındakı yataqxanalarda yaşayan məcburi köçkünlər köçürüləcək
# 18 noyabr 2014 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Slavyan Universitetinin (BSU) Binəqədi rayonu ərazisində yerləşən və uçqun baş verən yataqxanasında tələbələr yaşamır.

BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev APA-ya açıqlamasında deyib ki, hazırda həmin yataqxana formal olaraq universitetin hesab olunsa da, orada məcburi köçkünlər məskunlaşıb.

Onun sözlərinə görə, hazırda BSU-nun balansında 4 yataqxana var və onlardan yalnız birinin birinci mərtəbəsində tələbələr yaşayır: “Qalan bütün yataqxanalarda məcburi köçkünlər məskunlaşıb. Dövlət Proqramına əsasən, Bakı Slavyan Universitetinin balansında olan yataqxanalar da köçürüləcək. Növbəti ikinci mərhələdə bizim yataqxanaların boşaldılması gözlənilir. Həmin yataqxanalarda yaşayanlar köçürüləndən sonra yenidənqurma işləri aparılacaq. Sonradan bu yataqxanalar tam olaraq tələbələrin ixtiyarına veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR