Türkiyəli nazir: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bilavasitə tarixi İpək Yolunu yenidən canlandıran layihədir”

Türkiyəli nazir: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bilavasitə tarixi İpək Yolunu yenidən canlandıran layihədir”
# 16 oktyabr 2014 09:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı-Tiflis-Qars dəmir yolu layihəsi həm Asiya, həm də Avropanın mühüm layihəsindən biridir. Bu layihə ancaq çatdırmaq layihəsi kimi qəbul edilməməlidir. Bu, dostluq, qardaşlıq, iqtisadi bağların gücləndirilməsinə xidmət edən layihədir. Bilavasitə tarixi İpək Yolunu yenidən canlandıran layihədir.

APA-Economics” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dəniz və kommunikasiya naziri Lütfi Əlvan Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində bildirib.

“Londondan Pekinə uzanan xəttdə iki əsas çatışmazlıq var idi. Bunlardan biri Türkiyədə Mərmərə dənizini keçmək, ikincisi isə Qars-Tiflis-Bakı xətti idi. Biz “Marmaray” layihəsini həll edərək çətinliklərdən birini həll etdik. İkinci çatışmazlığımız olan Bakı-Tiflis-Qars dəmir yolu xəttini də gələn il tamamlayacağıq. Bu, təkcə Azərbaycan, Türkiyə və Gürcüstanı deyil, bütün bölgəni, Avropaya da açıq olan layihədir. Bu layihə Avropa ilə Asiyanı canlı olaraq hərtərəfli bağlayacaq xətt olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR