Bakıda dilənçiliklə məşğul olan 17 uşaq saxlanılıb

Bakıda dilənçiliklə məşğul olan 17 uşaq saxlanılıb
# 21 noyabr 2014 10:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda dilənçiliklə məşğul olan azyaşlılar saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 17 azyaşlı müəyyən olunub. Profilaktik söhbətlər aparıldıqdan sonra onlardan 3 nəfəri Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan sığınacağa yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR