Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarı 86% artıb

Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarı 86% artıb
# 30 iyul 2014 15:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin ilk yarımilliyi ərzində qiymətli kağızlar bazarının bütün seqmentləri üzrə aparılan əməliyyatların sayı və həcmində əhəmiyyətli canlanma müşahidə olunub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) “APA –Economics”ə verilən məlumata görə, 2013-cü ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə bazarın həcmi 86% artaraq 5,9 mlrd. manata yüksəlib. Bu da 2013-cü ilin yekununun 70%-nə bərabərdir.

Dövr ərzində kapital bazarları vasitəsi ilə maliyyələşmə meyllərinin artım tendensiyası davam edib və ilkin bazarda əməliyyatların sayı 2 dəfə, həcmi isə 3 dəfə artaraq 1,7 mlrd. manata yüksəlib. Hesabat dövründə həmçinin bütün növ qiymətli kağızların təkrar bazar ticarətində əhəmiyyətli canlanma qeydə alınıb və təkrar bazarda əqdlərin sayı və ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 13,4% və 61% artıb. Bütövlükdə, dövr ərzində qiymətli kağızlar bazarının həcmi ÜDM-in 21%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR