Rumıniya Bolqarıstan vasitəsi ilə Azərbaycan qazını almaq niyyətindədir

Rumıniya Bolqarıstan vasitəsi ilə Azərbaycan qazını almaq niyyətindədir
# 24 oktyabr 2014 09:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rumıniyanın “Transgaz” şirkəti gələcəkdə Azərbaycandan Avropaya nəql olunacaq təbii qazını Bolqarıstan vasitəsilə almaqda maraqlıdır.

APA-Economics” Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rumıniyanın “Transgaz” şirkətinin İdarə Heyətinin üzvü Boqdan İlieskunun bildirib.

B. İliesku qeyd edib ki, Bolqarıstan-Yunanıstan və Bolqarıstan-Rumıniya birləşmələrinin tikintisi başa çatdıqdan sonra, Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql olunacaq Azərbaycan qazını bu borularla da nəql etmək mümkün olacaq: “Bolqarıstan vasitəsilə nəql olunan təbii qazı Rumıniyaya çatdırıla bilər. Bundan sonra isə daha bir birləşmə ilə bu qaz Macarıstana, oradan isə Avstriya vasitəsilə ilə Avropa bazarlarına çatdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR