Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə ümumi potensialının həcmi açıqlanıb

Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə ümumi potensialının həcmi açıqlanıb
# 28 oktyabr 2014 07:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə ümumi potensialı 12,2 min MVatt təşkil edir.

APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə XIII toplantısının ikinci günündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sərmayələr və strateji inkişaf şöbəsinin sədr müavini Samir Rəhimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Alternativ və bərpa olunan enerji üzrə potensialı günəş enerjisinin üzərinə düşür: “Bu gün ölkədə bu rəqəm 5 min MVatt təşkil edir. Ölkədə istehsal olunan külək enerjisi 4,5 min MVatt, biokütlə istehsalı 1,5 min MVatt, geotermal enerjinin istehsalı 800 MVatt və kiçik su elektrik stansiyaların istehsalı isə 300 Mvatt təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR