Əflatun Amaşov Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında məruzə edib

Əflatun Amaşov Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında məruzə edib
# 10 oktyabr 2014 15:00 (UTC +04:00)

Bakı - APA. Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı başa çatıb.

APA_nın xəbərinə görə, Belçikanın paytaxtı Brüsseldə baş tutmuş tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.

MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ötən bir il ərzində gördüyü işlər barədə məruzə edib. Ə.Amaşov çıxışında Şuranın şikayətləri araşdırması təcrübəsindən söz açıb, ölkəmizdə internet media sahəsindəki meyllərə və onların MŞ-nin iş prinsiplərinə təsirinə diqqət yetirib, iştirakçıların suallarını cavablandırıb.

30-dan çox ölkədən nümayəndələrin qatıldıqları toplantıda Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının özünütənzimləmə tədbirləri ətrafında müzakirələr olub, həmçinin Alyansın gələcək perspektivi, strukturunun təkmilləşdirilməsi məsələlərinə toxunulub.

Növbəti belə tədbirin Avstriyada təşkili qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR