Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - FOTOSESSİYA

Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - <span style="color: red;">FOTOSESSİYA
# 18 sentyabr 2014 08:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bu gün Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub.

APA-nın məlumatına görə, ziyarət mərasimində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Ü.Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb, onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini bildirib: “Üzeyir bəyin adı, xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Bu gün Beynəlxalq Musiqi Festivalı münasibətilə Azərbaycanın müxtəlif rayonlarında tədbirlər keçiriləcək, Üzeyir Hacıbəylinin xatirəsi yad ediləcək. 11 ölkədən məşhur musiqi kollektivləri Azərbaycana təşrif gətirib”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbindəki rolundan danışıb. O qeyd edib ki, Üzeyir Hacıbəylinin doğum gününün musiqi bayramı kimi qeyd olunması musiqimizin böyük uğurudur: “Builki festivalın proqramı çox zəngindir. Dünyanın müxtəlif ölkələrindən musiqiçilər gəlib, onların çıxışları olacaq. Bu festival Üzeyir bəyin musiqisinin əzəmətini, böyüklüyünü göstərir”.

Sonda Azərbaycan Dövlət Filarmoniyasının xor kollektivi Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR