Təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək

Təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək
# 15 oktyabr 2014 07:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbər əgörə, qəbula gəlmək istəyən vətəndaşlar 15, 16 və 17 oktyabr tarixlərində nazirliyin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR