Bakıda saxta əsginaslar satan şəxs tutulub

Bakıda saxta əsginaslar satan şəxs tutulub
# 07 avqust 2014 10:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda saxta pulların qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Ləzzət otağı” kafesində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əsginasları satarkən tutulub.

Ondan əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta əsginaslar da götürülüb.

Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR