Gəncədə iki avtomobilin toqquşması nəticəsində piyada xəsarət alıb

Gəncədə iki avtomobilin toqquşması nəticəsində piyada xəsarət alıb
# 11 oktyabr 2014 12:10 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə iki avtomobilin toqquşması nəticəsində bir piyada xəsarət alıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində baş verib. Şəhər sakini 27 yaşlı Amil Mahmud oğlu Məmmədovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil Nizami rayon Polis Bölməsinin sahə inspektoru, 38 yaşlı Zaur Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Mercedes” yolun kənarında dayanan 47 yaşlı şəhər sakini Namiq Hüseynova dəyib. N. Hüseynov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR