Bakıda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
# 02 dekabr 2014 10:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, digərini isə yaralamaqda təqsirləndirilən Samur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə dekabrın 10-na təyin edilib.


Qeyd edək ki, iyulun 12-də Biləcəri qəsəbəsi ərazisində S. Həsənov Fərid Həsənova odlu silahla atəş açıb, qardaşı Şəhriyara isə bıçaqla xəsarət yetirib. F. Həsənov hadisə yerində ölüb, Şəhriyar isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş S. Həsənov tutulub.

Məlumata görə, aralarında mübahisə baş vermiş şəxslər idmançı olublar və eyni idman zalında məşq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR