Qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən külli miqdarda spirtli içki aşkarlanıb

Qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən külli miqdarda spirtli içki aşkarlanıb
# 27 oktyabr 2014 10:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA. Dövlət Gömrük Komitəsi (DGK) qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən külli miqdarda spirtli içki aşkarlayıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu günlərdə DGK Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu külli miqdarda spirtli içkilərin gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətandaşı Cabbarov Asif Həpiş oğlunun idarə etdiyi “Mercedes Benz C 200” markalı, “90-LJ-745” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Quliyev Xeybər Misir oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Kremlin Avard”, “Beluga” və “Stolicnaya vodka” araqları aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR