Bu il ərzində Azərbaycanda əmtəə bazarı 10% artıb

Bu il ərzində Azərbaycanda əmtəə bazarı 10% artıb
# 08 dekabr 2014 08:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 19,2 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,5% çox əmtəə satılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3% bəndi artıb.

Bu ilin on bir ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-noyabr aylarına nisbətən 2,4 dəfə artaraq 5,6 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,2%-ni hüquqi şəxslərin, 8,8%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,7%-ni qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR