Saray qəsəbəsində əl qumbarası tapılıb

Saray qəsəbəsində əl qumbarası tapılıb
# 29 iyul 2014 15:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Abşeron rayonu, Saray qəsəbəsində döyüş sursatı aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri dərhal lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib və döyüş sursatının istifadəyə yararsız olan F-1 markalı əl qumbarası olması müəyyən edilib. Qumbara Nazirliyin mütəxəssisləri tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi meydançaya aparılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirmiş və şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR