Rusiyanın BMT-dəki səfiri: “BMT Təhlükəsizlik Şurası iki cəbhəyə bölünüb”

Rusiyanın BMT-dəki səfiri: “BMT Təhlükəsizlik Şurası iki cəbhəyə bölünüb”
# 29 sentyabr 2014 13:11 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. BMT islahatlarla əlaqədar danışıqlar aparır, lakin əsas “oyunçular” mürəkkəb qərarlar verməyə hazır deyillər.

APA - nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin deyib.

“Bu, çox vacib məsələdir. Ancaq düşünürəm ki, bu günədək “əsas qəhrəman”lar BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı danışıqlarda heç bir irəliləyişə nail olmayıblar. Onlar mürəkkəb, ağrılı qərarlar verməyə hazır deyillər”, - deyə o vurğulayıb.

BMT Təhlükəsizlik Şurasında iki cəbhənin olduğunu deyən rusiyalı diplomat bir qrupun BMT Təhlükəsizlik Şurasına yeni daimi üzvlər qəbul etməyə hazır olduğunu, digərinin isə bu ideyaya qarşı çıxdığını qeyd edib: “Problem də ondan ibarətdir ki, hər iki qrupun qərarının dəstəklənməsi üçün tələb olunan çoxluq yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR