Ukraynada baş verən aviaqəzanın araşdırılması üçün NATO-nun növbətçi təyyarələrindən məlumatlar götürüləcək

Ukraynada baş verən aviaqəzanın araşdırılması üçün NATO-nun növbətçi təyyarələrindən məlumatlar götürüləcək
# 18 iyul 2014 14:56 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Malayziya avialayneri Ukrayna səmasında qəzaya uğrayan zaman NATO-nun “AWACS” radiolokasiya təyyarələri Rumıniya və Polşa üzərində növbətçi uçuşlar keçirib.


APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS”ın NATO-dakı mənbəyə istinadən yaydığı xəbərdə deyilir.



Ehtimal olunur ki, həmin ərazidə raketlərin atılması ilə bağlı müəyyən məlumatlar radiolokasiya qurğuları tərəfindən qeydə alınıb. Artıq alyans məlumatların təhlilinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR