Gəncədə 22 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 22 yaşlı oğlan bıçaqlanıb
# 17 noyabr 2014 15:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1992-ci il təvəllüdlü Tacəddin Xasıyev qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, T. Xasayev şəxsi münasibətlər zəminində şəhər sakini, 17 yaşlı Eyyub Mustafayev tərəfindən bıçaqlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR