BQXK Azərbaycanda saxlanılan erməni diversantın meyitinin ölkəsinə qaytarılması ilə bağlı məlumat yayıb

BQXK Azərbaycanda saxlanılan erməni diversantın meyitinin ölkəsinə qaytarılması ilə bağlı məlumat yayıb
# 10 oktyabr 2014 12:09 (UTC +04:00)

Qurumun Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumatda qeyd olunur ki, Azərbaycanda nəzarət altında saxlanılarkən vəfat edən Ermənistan vətəndaşının meyiti bu gün BQXK-nın himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunaraq Ermənistanın hakimiyyət orqanlarına təhvil verilib.

Təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə baş tutub.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir. Təşkilat, neytral vasitəçi qismində dəfələrlə Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına insan qalıqlarının repatriasiyasının təşkilində yardımçı olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR