ABŞ-da məktəbdə atəş açan yeniyetmənin kimliyi bəlli olub

ABŞ-da məktəbdə atəş açan yeniyetmənin kimliyi bəlli olub
# 25 oktyabr 2014 03:14 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu 14 yaşlı Ceylin Frayberqdir.

Qeyd edək ki, tapança ilə silahlanmış Frayberq məktəb yeməkxanasına daxil olaraq oradakı şagirdlərə atəş açıb. Hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Cinayətkarın özü isə özünü güllələyərək intihar edib.

Üç yaralının – 2 qız və 1 oğlanın vəziyyəti olduqca ağırdır. Dördüncü yaralının vəziyyəti nisbətən normaldır.

Məlumata görə, atəş açan yeniyetmənin yaxınları onun bacarıqlı və iddialı şagird, məktəbin liderləri sırasında olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR