Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib
# 27 oktyabr 2014 10:23 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “C” regionunun ölkələri (Şərqi Avropa və Mərkəzi Asiya) Şurasına üzv seçilib.

APA-Economics” İTU-nun rəsmi saytına istinadən xəbər verir ki, seçkilər Cənubi Koreyanın Pusan şəhərində oktyabrın 20-dən noyabrın 7-dək keçirilən ittifaqın konfransı çərçivəsində baş tutub.

ITU-nun “C” regionunun ölkələri Şurasına üzvlüyə namizədlər Azərbaycan, Polşa, Bolqarıstan, Makedoniya, Rumıniya, Rusiya və Qırğızıstan olub.

Həmçinin tədbirində İTU-nın yeni baş katibi Houlin Çjao seçilib.

O, vəzifə səlahiyyətlərinin icrasına 1 yanvar 2015-ci ildə başlayacaq və bu vəzifəni dörd il tutmaqla növbəti seçkilərdə yenidən namizədliyini dördillik müddətə verə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR