Azərbaycan banklarında yerləşdirilən depozitlərin həcmində azalma müşahidə olunur

Azərbaycan banklarında yerləşdirilən depozitlərin həcmində azalma müşahidə olunur
# 03 noyabr 2014 09:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin oktyabrın 1-nə 14 531,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 602,1 mln. manat və ya 21,81% artıb. O cümlədən, son bir ayda depozitlərin həcmi 108,3 mln. manat və ya 0,74% azalıb.

Depozitlərin tərkibində 6 959,7 mln. manatı və ya 47,89%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əhalinin əmanətlərin həcmi 2013-cü ilin oktyabrın 1-nə nisbətən 33,1 mln. manat və ya 0,47% azalıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin oktyabrın 1-nə 7 618,1 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 1 926 mln. manat və ya 33,84% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 085,6 mln. manatı və ya 53,63%-i maliyyə təşkilatların depozitlərinin, 3 486,2 mln. manatı və ya 45,76%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

Yerli banklarda depozitlərin 7 416,6 milyonu manatla, 7 114,9 milyonu isə xarici valyutada yerləşdilirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR