Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib
# 25 oktyabr 2014 12:51 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Kəlbəcər, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 338 nəfər də qəbulda iştirak edib. Daxili işlər naziri Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 76 gəncin, o cümlədən 7 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR