Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub - FOTO

Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub - <span style="color: red;">FOTO
# 30 oktyabr 2014 13:51 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının və əməliyyat deposunun açılışı olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev binanın və əməliyyat deposunun açılışını bildirən rəmzi qırmızı lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

İkimərtəbəli inzibati binada şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Binanın birinci mərtəbəsində yanğınsöndürən avtomobillərə qulluq üçün lazımi şərait mövcuddur. Nazir müavini avtomobillərin saxlanıldığı depo, anbar, işçilərin istirahət otağı, yeməkxana, iş və tədris otaqları, habelə idman zalı ilə tanış olub.

E. Mirzəyev həmçinin şəxsi heyətlə görüşərək müvafiq tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR