Bakıda axtarışda olan şəxslər tutulub

Bakıda axtarışda olan şəxslər tutulub
# 09 dekabr 2014 08:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda axtarışda olan şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin, Nərimanov Rayon Polis İdarəsinin, Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbələri əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq olaraq borclu kimi axtarışda olanlar - Surxay Məmmədov, Qəmbər Heydərov, Gülxanım Fətullayeva, Hüseyn Şükürov, Əflatun Əhmədov tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsi, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olan Şahin Əliyev, 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Samir Bağırov, 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elçin Ələsgərov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR