Dövlət Gömrük Komitəsinin Akademiyası bu il ilk tələbələrini qəbul edib - VİDEO - FOTOSESSİYA

Dövlət Gömrük Komitəsinin Akademiyası bu il ilk tələbələrini qəbul edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 15 sentyabr 2014 11:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası bu il ilk tələbələrini qəbul edib.

APA-Economics”in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda yüksəl bal toplamış 35-i oğlan, 5-i qız olmaqla, ümumilikdə 40 tələbə akademiyaya qəbul olunub.

Bu gün Akademiyada bakalavr səviyyəsində tədris prosesinə başlaması və “Bilik Günü” münasibətilə tədbir keçirilib.

Dövlət gömrük komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev tədbirdə çıxış edərkən deyib ki, tələbələr akademiyada hüquqşünas və iqtisadiyyat ixtisasları üzrə təhsil alacaqlar.

Onun sözlərinə görə, akademiyada ali məktəbin işi üçün lazım olan bütün infrastruktur qurulub. Bu təhsil ocağında yüksək təhsil vermək üçün Azərbaycan və xarici ölkələrdə tanınmış təhsil ocaqlarını bitirmiş professional müəllim heyəti formalaşdırılıb.

S. Mehdiyev bildirib ki, akademiyada müasir təhsil standartlarına uyğun tədris proqramları tətbiq edilib.

Bundan başqa, proqramlaşdırma və İT peşəkar mütəxəssislərinin iştirakı ilə ölkədə ilk dəfə olaraq akademiyada tədris prosesində elektron idarəetmə sistemi tətbiq olunub. Bu sistem vasitəsilə tədris prosesi daha da səmərəli planlaşdırılacaq və idarə olunacaq. Keçilən fənlər ümumiyyətlə, elmin müxtəlif məsələləri üzrə fikir mübadiləsi tələbələr arasında yaradılan virtual şəbəkə əsasında həyata keçiriləcək.

Qeyd edək ki, tədbirin sonunda Akademiyanın təşkilində xidmətləri olan bir qrup şəxs “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR