Tərtərdə və Gəncədə yanğın olub

Tərtərdə və Gəncədə yanğın olub
# 13 avqust 2014 19:22 (UTC +04:00)

Bakı-APA. Tərtərdə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Hacıqərvənd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 4 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağının tavanı 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Gəncədə qeydə alınıb. Məlumata görə, yanğın şəhərin Kəpəz rayonunda ümumi sahəsi 9 kv.m olan dəmir köşkdə baş verib. Nəticədə, köşkün döşəməsi və köşkün yaxınlığına yığılmış 35 ədəd taxta şpallar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR