Bakıda “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir

Bakıda “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir
# 09 sentyabr 2014 07:23 (UTC +04:00)

APA-nın məlumatına görə, toplantıda nazirlərlə yanaşı, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmidt iştirak edirlər.

Görüşün əsas məqsədi “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər, gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı”nda Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus iştirak edir. Ermənistan Bakı görüşünə qatılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR