Elmi-Tədqiqat Kardiologiya İnstitutunda adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 Elmi-Tədqiqat Kardiologiya İnstitutunda adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 03 noyabr 2014 12:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qətl hadisəsi törətməkdə təqsirləndirilən Hüseynağa Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, H. Cəlilov 11 müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə palatada siqaret çəkmək üstündə baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Mail Hüseynov palatada siqaret çəkib və bunun üstündə 1946-cı il təvəllüdlü Hüseynağa Cəlilovla mübahisəsi yaranıb. Mübahisə nəticəsində Hüseynağa Cəlilov Mail Hüseynova bıçaqla vurub. Zərbə onun ürək nahiyəsinə dəydiyindən, Mail Hüseynov hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR