Polis əməkdaşlarına silahlı basqın etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb

Polis əməkdaşlarına silahlı basqın etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb
# 16 oktyabr 2014 10:23 (UTC +04:00)

APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 30-na təyin edilib.

Qeyd edək ki, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirərək oradan külli miqdarda pul aparıb. Polislər tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralayıblar. Buna baxmayaraq, elə o vaxt onlardan bir neçəsi tutulub, bir neçəsi isə polislə atışmada öldürülüb.

Digər şəxslərin yaxalanması üzrə polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib və Radif Ağamuradov, Cavad Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elnur Musayev, Bağır Ağayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayev saxlanılıb. Onlardan “Makarov” və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR