Ukraynada səslərin yarısı sayılıb, baş nazirin və prezidentin təşkilatları öndədir - FOTO

Ukraynada səslərin yarısı sayılıb, baş nazirin və prezidentin təşkilatları öndədir - <span style="color: red;">FOTO
# 27 oktyabr 2014 13:28 (UTC +04:00)

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, baş nazir Arseni Yatsenyukun liderlik etdiyi Xalq Cəbhəsi 21,61% səslə irəlidədir. Prezident Petro Poroşenkonun bloku 21,45% səs alıb.

“Özünəyardım” (“Samopomiç”) Birliyi 11,1%, “Müxalifətçi blok” 9,82%, Radikal Partiya 7,38% və “Batkivşina” 5,69% səslə parlamentə keçə biliblər. Millətçi “Svoboda” 4,69%-lə 5 faizlik baryeri keçməyə çox yaxınlaşıb. Ali Radanın 225 deputatı proporsional, 119-u isə majoritar sistem üzrə seçiləcək. Donbassdakı 26 dairədə seçki baş tutmayıb.

Xatırladaq ki, Ukraynada oktyabrın 26-da növbədənkənar parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 52 faizi iştirak edib. Seçkilərin ilkin nəticələri yeni Ali Radada avrointeqrasiyanın qatı tərəfdarı olan Qərbyönlü çoxluğun formalaşacağını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR