“Bank Nikoil” aktivlərini 38% artırıb

“Bank Nikoil” aktivlərini 38% artırıb
# 30 oktyabr 2014 13:17 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin III rübündə “Bank Nikoil”in aktivlərinin həcmi 336,631 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,04% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə bankın kredit portfeli 23,51% artaraq 259,998 mln. manat olub.

Hesabat dövründə istehlak kreditlərinin həcmi 76,439 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 40,42% azdır.

Bu ilin 9 ayında bankda vaxtı keçmiş kreditlərin həcmi 42,585 mln. manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,56% azdır.

Bankın ipoteka kreditlərinin həcmi bu ilin III rübünə 29,682 mln. manat olub ki, bu da keçən ilin analoji dövründəkindən 94,50% çoxdur və kreditlərin 25,257 mln. (85,09%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Hesabat dövründə bankın depozit portfeli 41,68% artaraq 190,287 mln. manat təşkil edib. Əmanətlərinin həcmi isə 156,179 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 33,40% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 27,87% artaraq 58,465 mln. manata, nizamnamə kapitalı isə dəyişməyərək 34,5 mln. manat qalıb.

Bu il oktyabr 1-nə bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 36,61% artaraq 35,764 mln. manat olub.

Cari ilin ilk doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 19 656 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 21 filialı, 31 bankomatı, 301 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR